Kollecdə “Konstitusiya və Suverenlik ilinə” həsr olunmuş dəyirmi masa təşkil olunmuşdur.

Kollecdə  “Konstitusiya və Suverenlik ilinə” həsr olunmuş dəyirmi masa təşkil olunmuşdur.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Tarix və sosial fənlər” FBK-nın müəllimləri tərəfindən “Konstitusiya və Suverenlik ilinə” həsr olunmuş dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada çıxış edənlər bildirdilər ki, Azərbaycan Respublikasında Konstitusiya, demokratik prinsiplər və insan haqları digər ölkələrlə müqayisədə fərqli bir istiqamətdədir. Belə ki, konstitusiyada Azərbaycan xalqının və burada yaşayan azsaylı xalqların adət və ənənələri, milli-mənəvi dəyərləri nəzərə alınmış, ən əsası isə etik normalara riayət olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının hər bir maddəsi və bəndi etik normaların göstəricisidir. Həm Konstitusiyada və həm də Ulu Öndərin çıxışlarında dövətçiliklə yanaşı, demokratik prinsiplər, insan azadlığı və bunların funksiyaları təsbit olunmuşdur. (Heydər Əliyevin müdrik kəlamlarında əsas məqsəd ondan ibarətdir ki,) hər bir Azərbaycan vətəndaşı Konstitusiyaya və qanunlara əməl etməli, dövlət və ictimaiyyət qarşısında öhdəlikləri layiqincə yerinə yetirməli, milli-mənəvi dəyərləri qorumalı, ən əsası isə dövlətin quruculuq siyasətində fəal iştirak etməlidir. Azərbaycan müstəqil bir dövlət olduqdan sonra hüquqi, dünyəvi dövlət quruculuğunu inkişaf etdirməyə başladı. Məhz buna görə də Ulu Öndər müstəqil Azərbaycan dövlətinin inkişafını əbədi hesab etməklə yanaşı, həm də demokratiya yolu ilə irəliləyişinin dönməz olduğunu bildirir: ”Dövlət müstəqilliyi əldə edildikdən sonra Azərbaycan Respublikası demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə əzmlə irəliləyir. Azərbaycanın müstəqillik, demokratiya yolu ilə inkişafı dönməzdir. “Hər bir şəxs Konstitusiya və qanunlara əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir. Torpağımızı, vətənimizi, müstəqil Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qorumaq ən şərəfli vəzifədir və bu vəzifəni həyata keçirmək hər bir Azərbaycan vətəndaşının borcudur”.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Добавить комментарий