Kollecdə “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” adlı intellektual yarış keçirilmişdir.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin, “Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?“ adlı intellektual yarış keçirilmişdir. Yarışda ixtisaslar üzrə ümumilikdə 10 komanda iştirak etmişdir.
Maraqlı mübarizə şəraitində keçən yarışda 1-ci yerin qalibi “Zəkalar”, 2-ci yerin qalibi “Olimpus”, 3-cü yerin qalibi “Zəfər” komandası olmuşdur.