Kollecdə “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Lənkəran Dövlət Universitetinin hüquqşünas vəzifəsini icra edən Nərmin Əfəndiyevanın iştirakı ilə “Korrupsiyaya qarşı mübarizə”” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən Nərmin Əfəndiyeva korrupsiya və rüşvət anlayışlarından, korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunundan, korrupsiyanın formalarından, nəticələrindən, korrupsiyanı qavrama indeksindən, korrupsiyaya qarşı mübarizə tədbirlərindən, Milli Fəaliyyət Planının icrasından bəhs edərək tədbir iştirakçıları maraqlandıran sualları cavablandırdı.