Kollecdə “Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” mövzusunda tədbir keçirildi.

Kollecdə “Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” mövzusunda tədbir keçirildi.

16 may 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən Kollecin baş mühasibi Vasif İsayev korrupsiyanın növlərindən, korrupsiya və rüşvətin fərqindən, mübarizə metodlarından, korrupsiyaya qarşı mübarizə üzrə mövcüd qanunvericilikdən, qanunun subyektlərindən, korrupsiyaya şərait yaradan hüquqpozmalardan, cəmiyyətə mənfi təsirlərindən və qarşısının alınması üçün atılmalı olan zəruri addımlardan bəhs edərək tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.
Sonda “Korrupsiyaya qarşı mübarizə” adlı videoçarx nümayiş olundu.

Добавить комментарий