Kollecdə “Məzun 2025” adlı tədbir keçirildi.
30 iyun 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Məzun 2025” adlı tədbir keçirildi. Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Leyla İbrahimova Kollecin bütün məzunlarını məzun olmaq münasibətilə təbrik edərək onlara xoş arzularını bildirdi və gələcəkdə təhsillərini davam etdirdikləri, çalışdıqları müəssisələrdə məzun olduqları kollecin adını daim uca tutmağı tövsiyyə etdi. Tədbirdə Lənkəran Dövlət Universitetinin Sosial məsələlər üzrə prorektor vəzifəsini icra edən dos.Ramiz Şəmmədov, “Kompüter sistemləri və kompleksləri” ixtisasının məzunu Qədirova Rüqəyya, məzun valideyni Kərimova Gülnur çıxışlarında məzunları təbrik edərək onlara gələcək həyat yollarında uğurlar arzuladılar. Sonra Kollecin ictimai, mədəni tədbirlərində fəal iştirak etdiklərinə görə müəllim və bir qrup tələbələr təşəkkürnamə ilə təltif edildi.
Sonda Kollec tələbələrinin iştirakı ilə konsert proqramı tədbir iştirakçılarına təqdim olundu.