Kollecdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə” mövzusunda xüsusi dərs keçirildi.
15 noyabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Təbiyyat fənləri” FBK-nın müəllimi Yeganə Nuriyeva tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə” mövzusunda xüsusi dərs keçirildi. Çıxış edən Yeganə Nuriyeva bəşəriyyəti böyük təhlükə qarşısında qoyan və başlıca bəlaya çevrilən narkomaniyanın insan orqanizminə, səhhətinə, sağlamlığına və mənəviyyatına ağır zərbə vurmasından bəhs edərək insanların həyatını ciddi təhlükə altına alan, əxlaqı və mənəvi dəyərləri sarsıdan, bir sözlə həyatı iflic edən narkomanlığa münasibətdə hər bir kəsin barışmaz mövqe tutmasını və ümumbəşəri bəlaya qarşı qətiyyətli mübarizə aparmalı olduğunu bildirdi.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.