Kollecdə “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı təbliğat” mövzusunda tədbir keçirildi.

Kollecdə  “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı təbliğat” mövzusunda tədbir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı təbliğat” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “Təbiyyat fənləri” FBK-nın müəllimi Yeganə Nuriyeva narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlardan, dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan, ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən bəhs edərək bildirdi ki, narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Narkotik maddə təkcə onu qəbul edən adamı məhv etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir. Buna görə də cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə profilaktik tədbirlər görmək lazımdır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı və “Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq” adlı videoçarx nümayiş olundu.

Добавить комментарий