Kollecdə “Novruz gəlir, yaz gəlir” adlı tədbir keçirildi.
18 mart 2025-ci il tarixdə Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Novruz bayramına həsr olunmuş “Novruz gəlir, yaz gəlir” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Leyla İbrahimova müəllim və tələbə heyətini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi, bərəkət, birlik, həmrəylik rəmzi olan Novruz bayramının ölkəmiz və xalqımız üçün tarixi, mədəni əhəmiyyətindən bəhs etdi. Sonra Kollecdə “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş “Nə? Harada? Nə zaman? adlı intelektual yarışın və 5 mart “Bədən tərbiyəsi və idman günü”nə, 8 mart “Beynəlxalq qadınlar günü”nə həsr olunmuş qızlardan və oğlanlardan ibarət stolüstü tennis idman növü üzrə keçirilən yarışın qalibləri təşəkkürnamə ilə təltif edildi.
İnstrumental ifaçılıq (fortepiano, xalq çalğı alətləri) FBK-nın müəllim və tələbələrin birgə hazırladığı konsert proqramı və məzəli səhnəciklər tədbir iştirakçılarına xoş ovqat, bayram əhval-ruhiyyəsi bəxş etdi.
Novruz şənliyi tonqal ətrafında milli birliyimizin simvolu olan möhtəşəm “Yallı” rəqsi ilə sona çatdı.