Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirildi.

Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirildi.

25 noyabr 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirildi. Kollecin direktoru, Pedaqoji Şuranın sədri Leyla İbrahimova iclası açaraq gündəlikdə duran məsələlər barədə Şura üzvlərini məlumatlandırdı.
Pedaqoji Şurada “2025/2026-cı tədris ilinin payız semestrinin kollokviumlarının nəticələri, tədrisin gedişinin vəziyyəti” haqqında tədris işləri üzrə direktor müavini Emil Vahabovun hesabatı dinlənildi.
“Qış mövsümünə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr” haqqında təsərrüfat işləri üzrə direktor müavini Emil Qurbanov məlumat verdi.
“Mədəni–kütləvi, GÇH-ki hazırlıq və idman işlərinin təşkilinin vəziyyəti” haqqında Gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbəri Farid Salayev məlumat verdi.
Pedaqoji Şuranın iclasında bir sıra cari məsələlər müzakirə olunaraq Şuraya yekun vuruldu.

Добавить комментарий