Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirildi. Pedaqoji Şuranın sədri, Kolecin direktoru Leyla İbrahimova “Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verdi, xəsarət alanların tezliklə şəfa tapmasını dilədi. Qəza nəticəsində həlak olanların xatirəsi Pedaqoji Şuranın üzvləri tərəfindən bir dəqiqəlik sükutla yad edildi.
Kollecin direktoru, Pedaqoji Şuranın sədri Leyla İbrahimova iclası açaraq gündəlikdə duran məsələlər barədə Şura üzvlərini məlumatlandırdı.
Pedaqoji Şurada “2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti” haqqında tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən Həbib Həbibinin hesabatı dinlənildi. Həbib Həbibi çıxışında imtahanların 6 yanvardan 1 fevrala qədər davam edəcəyini bildirdi, ümumilikdə kollec üzrə əyani təhsilalma forması üzrə 44 qrup 21 ixtisasda 810 tələbə 244 imtahanda, qiyabi təhsilalma formasında 3 qrup 2 ixtisasda 39 tələbə 12 imtahanda iştirak edəcəkdir.
Nəzərinizə çatdırmaq istəyirik ki, bu il kollecdə imtahanlar 1 saylı və 3 saylı tədris binasında keçiriləcək.
“Kollokviumların yekun nəticələri ” haqqında qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin rəhbəri Sənubər Əşrəfbəyli məlumat verdi.
“Açıq dərslərin keçirilməsinin vəziyyəti” haqqında metodkabinet rəhbəri Mirvari Səmədovanın çıxışı dinlənildi.
Pedaqoji Şuranın iclasında bir sıra cari məsələlər müzakirə olunaraq Şuraya yekun vuruldu.