Kollecdə “Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması” mövzusunda tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması” mövzusunda seminar keçirildi. Seminarda çıxış edən “İqtisadiyyat fənlər” FBK-nın sədri Həbibi Həbib əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsindən, əmək bazarında qeyri-formal məşğulluğun reallıqlarından, iqtisadi və fiskal təşviqlərdən, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsindən, səmərəliliyin artırılmasından, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsindən bəhs edərək tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.

