Kollecdə “Qlobal iqlim dəyişikliyinin iqtisadi nəticələri və COP29” mövzusunda seminar keçirildi.

Kollecdə   “Qlobal iqlim dəyişikliyinin iqtisadi nəticələri və COP29” mövzusunda seminar keçirildi.

13 avqust 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “İqtisadiyyat fənləri” FBK-nın sədri Həbib Həbibi“ tərəfindən “Qlobal iqlim dəyişikliyinin iqtisadi nəticələri və COP29” mövzusunda seminar keçirildi. Seminarda çıxış edən Həbib Həbibi COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə yüksək etimadın və inamın növbəti göstəricisi, beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın təzahüründən, bu mötəbər tədbirin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldilməsi baxımından böyük siyasi və iqtisadi əhəmiyyət daşıdığından, iqlim dəyişmələrinin fəsadlarının azaldılmasına və “Yaşıl enerji”dən istifadəyə yönəlmiş qlobal təşəbbüslərin təşviqində mühüm rol oynadığından, eyni zamanda ölkələri bir araya gətirməklə ətraf mühitin yaxşılaşdırılması, insanların sağlamlığı və təhlükəsizliyi üçün ciddi təhdidlərin aradan qaldırılması istiqamətində qərarların qəbulundan bəhs edərək bildirdi ki, Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsinə artıq bütün dünya şahiddir. Ölkəmiz bərpaolunan enerjidən istifadə kimi məsuliyyətli məsələni üzərinə götürməklə ətraf mühitə, yeni çağırışlara nə qədər ciddi yanaşdığını və iqlim dəyişmələri, qlobal istiləşmə ilə bağlı problemlərə biganə qalmadığını nümayiş etdirir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

Добавить комментарий