Kollecdə “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir keçirildi.

Kollecdə   “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir keçirildi.

8 aprel 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “Təbiyyat fənləri” FBK-nın müəllimi Naibə Ələsgərova doğulacaq uşağın cinsinin seçilməsinin miqyasının qiymətləndirilməsi məqsədilə əhali arasında araşdırmaların aparılması, gender bərabərliyinin təmin olunması və reproduktiv sağlamlıq sahələrində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasından, qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin edilməsindən, ailə statusunun vacibliyindən, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsindən, erkən nikahın, qan qohumluğun, insan alverin, qeyir-rəsmi nikahın fəsadlarından bəhs edərək tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.
Sonda “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda videoçarx nümayiş olundu.

Добавить комментарий