Kollecdə “Risk qrupunda olanların erkən aşkarlanması və dəstəyin göstərilməsi” mövzusunda təlim keçirildi.

Kollecdə “Risk qrupunda olanların erkən aşkarlanması və dəstəyin göstərilməsi” mövzusunda təlim keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri Afiq Məlikov tərəfindən “Risk qrupunda olanların erkən aşkarlanması və dəstəyin göstərilməsi” mövzusunda təlim keçirildi. Təlimdə çıxış edən Afiq Məlikov narkotik vasitələrin, psixotrop maddələrin narkomanlığa qarşı ictimai mübarizəsindən, narkomaniyanın tibbi fəsadlarından, sosial fəsadlarından, narkomaniyanın potensial qurbanları – əsas risk qruplarından, zərərli vərdişlər, onlardan asılılıq və nəticələrindən, narkomaniya ilə mübarizə sahəsində profilaktik tədbirlərdən bəhs edərək tədbir iştirakçılarını maraqlandıran sualları ətraflı cavablandırdı.
Sonda “Antinarkomaniya” mövzusunda videoçarx nümayiş olundu.

Добавить комментарий