Kollecdə “Sağlam və rasional qidalanma istiqamətində təbliğat işlərinin aparılması” mövzusunda tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Dövlət proqramlarına uyğun olaraq “Sağlam və rasional qidalanma istiqamətində təbliğat işlərinin aparılması” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “Aqrar və ekoloji fənlər” FBK-nın müəllimi Əminə Cəfərzadə sağlam və rasional qidalanmanın əhəmiyyətindən, şərtlərindən, sağlam qidalanmanın insan orqanizminə müsbət təsirlərindən, əsas prinsiplərindən, düzgün olmayan qida rasionunun törətdiyi fəsadlardan, sağlam və rasional qidalanma istiqamətində maarifləndirmə və təbliğat-təşviqat işləri çərçivəsində konservləşdirilmiş qidalardan, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısının alınmasından bəhs edərək tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.