Kollecdə “Sahibkarlıq və idarəetmə“ mövzusunda ustad dərs keçirildi.
13 may 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Lənkəran Dövlət Universitetinin müəllimi i.ü.f.d dosent Fərid Xankişiyevin “Sahibkarlıq və idarəetmə“ mövzusunda ustad dərsi keçirildi. Çıxış edən Fərid Xankişiyev sahibkarlığın növlərindən, əsas xüsusiyyətlərindən, idarəetmədə diqqət etdiyi istiqamətlərdən, zamana görə məqsədlərin təsnifləşdirilməsindən, strateji istiqamətlərdən, potensial işçi heyəti ilə bağlı tələblərdən bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdı.