Kollecdə şahmat yarışı keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 10 may “Ümummilli Lider Heydər Əliyevin doğum günü”nə həsr olunmuş idman həftəsi çərçivəsində “Şahmat” idman növü üzrə tələbələr arasında şahmat yarışı keçirildi. Yarışda I yeri “Maliyyə işi” ixtisasının II kurs tələbəsi Dadaşov İlkin Nicat oğlu, II yeri “Qida məhsullarının təhlükəsizliyi” ixtisasının I kurs tələbəsi Hüseynov Orxan Pərviz oğlu, III yeri “Kompüter sistemləri və kompleksləri” ixtisasının II kurs tələbəsi Ağazadə Ramiz Nazim oğlu qazanmışdır.