Kollecdə “Sözün və Musiqinin Bəxtiyarı – 100” adlı ədəbi-musiqili gecə keçirildi
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 02 iyun 2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə dair Tədbirlər Planı”na əsasən “Sözün və Musiqinin Bəxtiyarı – 100” adlı ədəbi-musiqili gecə keçirildi. Tədbirdə “Humanitar fənlər” FBK-nın sədri Ülkər Bəşirova (Poeziyamızın Bəxtiyarı), “Humanitar fənlər” FBK-nın müəllimləri Nuranə Əskərova (Bəxtiyar Vahabzadənin poeziyası), Səidə Kazımova (Bəxtiyar Vahabzadənin poeziyasında insan və təbiət vəhdəti, şairin fəlsəfi fikirləri), Aytəkin Ağazadə (Bəxtiyar Vahabzadənin ədəbi irsinin gənc nəsil üçün aktuallığı) çıxış edərək Azərbaycan poeziyasının böyük ustadı Bəxtiyar Vahabzadənin XX əsr Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən, onun poeziyasından, dramaturgiyaya gətirdiyi yeniliklərdən bəhs edərək bildirdilər ki, Bəxtiyar Vahabzadə əsərlərində insanı daim mənəvi ucalığa səsləyib, poetik-fəlsəfi məzmunlu yaradıcılığı ilə poeziyamıza layiqli töhfələr verib. Onun yaradıcılığında istiqlaliyyət, vətənpərvərlik ideyaları, Vətənə, xalqa, torpağa dərin məhəbbət ruhu xüsusi önəm daşıyır.
Tədbirin bədii hissəsində tələbələrin ifasında Bəxtiyar Vahabzadənin şeirlərindən bəstələnmiş mahnılar və şairin şeirləri səsləndirildi.