Kollecdə ”Statistik müayinənin metodologiyasının hazırlanması və müayinənin keçirilməsi” mövzusunda tədbir keçirildi.

Kollecdə ”Statistik müayinənin metodologiyasının hazırlanması və müayinənin keçirilməsi” mövzusunda tədbir keçirildi.

4 iyun 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Lənkəran şəhər Statistika idarəsinin baş məsləhətçisi Fariz Ağayev, sahəsi üzrə aparıcı məsləhətçi Samirə Dövlətovanın istirakı ilə ”Statistik müayinənin metodologiyasının hazırlanması və müayinənin keçirilməsi” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edənlər rəsmi statistikanın cəmiyyətdə idarə olunmasından, demoqrafik proseslərindən, rəsmi statistika materiallarının vaxtında təqdim edilməsindən, düzgünlüyünün təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsindən, statistik məlumatların toplanılması metodlarından bəhs edərək tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdılar.

Добавить комментарий