Kollecdə stolüstü tennis idman növü üzrə yarış keçirildi.

Kollecdə stolüstü tennis idman növü üzrə yarış  keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 12 dekabr “Ümummilli Lider Heydər Əliyevin anım günü”nə həsr stolüstü tennis idman növü üzrə oğlanlardan ibarət qruplar arasında yarış keçirildi. Yarışda 1-ci yerin qalibi “Kompüter sistemləri və komplekləri” ixtisasının III tədris ili tələbəsi Ağayev Ramiz Nazim oğlu, 2-ci yerin qalibi “Aqronomluq” ixtisasının I tədris ili tələbəsi Əzimov Məmmədhüseyn Nahid oğlu, 3-cü yerin qalibi “Qida məhsulları təhlükəsizliyi” ixtisasının III tədris ili tələbəsi Hüseynov Nahid Nizami oğlu oldu.
Sonda stolüstü tenis yarışının qalibləri diplom və medalla təltif olundular.

Добавить комментарий