Kollecdə təcrübənin başlanğıc konfransı keçirildi.
16 fevral 2026-cı il tarixində Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə tədris işləri üzrə direktor müavini Emil Vahabov, təlim texnologiyalarının tətbiqi və qiymətləndirmə şöbəsinin müdiri Həbib Həbibi, təcrübə rəhbəri və karyera üzrə mütəxəssis Zəka Mehrəliyev, metodistlər və buraxılış tələbələrinin iştirakı ilə “İstehsalat” təcrübəsinin başlanğıc konfransı təşkil olundu. Konfransda çıxış edənlər təcrübənin məqsəd və vəzifələrindən, təşkilati məsələlərdən, tələbələrin müəssisələrdə davranış qaydalarından, hesabatların hazırlanma qaydasından, istehsalat təcrübəsi tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsindən, qiymətləndirmə meyarından bəhs edərək bildirdilər ki, 16 fevral 2026-cı il tarixindən 03 iyul 2026-cı il tarixinədək Kollec üzrə 17 ixtisas (19 qrup) üzrə 210 tələbə “İstehsalat” təcrübəsində iştirak edəcək.
Məlumat üçün bildirək ki, təcrübənin daha effektiv və mütəşəkkil təşkilindən ötrü 10-dan artıq müəssisə və təşkilatlarla müqavilə bağlanmışdır.

