Kollecdə “Təhsil hüququnun həyata keçirilməsində bərabər imkanlar” mövzusunda tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Təhsil hüququnun həyata keçirilməsində bərabər imkanlar” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edənlər “Tarix və sosial” fənlər FBK-nın müəllimləri-Ziya Əlinur, Zaidə Məlikova, Mehman Kərimov, Payızgül Baxşızadə təhsildə gender bərabərliyinin mahiyyətindən, hər bir fərdin cinsindən asılı olmayaraq təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirmək, eləcə də öz potensialını tam şəkildə reallaşdırmaq imkanına malik olmasından, qızların erkən nikah, məişət yükü və sosial təzyiqlər səbəbilə təhsildən kənarda qalmasının qarşısının alınmasından bəhs edərək bildirdilər ki, təhsildə gender bərabərliyinin təmin olunması cəmiyyətdə sosial ədalətin möhkəmlənməsinə, savadlı və fəal vətəndaşların yetişməsinə, gənclərin bilik və bacarıqlarını sərbəst şəkildə inkişaf etdirməsinə, gələcək peşə seçimində daha düzgün qərarlar verməsinə şərait yaradır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

