Kollecdə “Təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə” mövzusunda tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən kollecin mühasibi Fərid Həsənli korrupsiya və rüşvət anlayışlarından, korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunundan, korrupsiyanın formalarından, nəticələrindən, qavrama indeksindən, Antikorrupsiya davranış modelinin formalaşdırılmasında təhsil işçilərinin rolundan, Azərbaycanda antikorrupsiya fəaliyyətinin effektivliyinin yüksəldilməsi istiqamətində aparılan tədbirlərdən, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın gözlənilən nəticələrindən, Milli Fəaliyyət Planının icrasından bəhs edərək tədbir iştirakçıları maraqlandıran sualları cavablandırdı.

