Kollecdə “Təhsil Krediti” mövzusunda maarifləndirici tədbir keçirildi.
     29 oktyabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu  tərəfindən  “Təhsil Krediti” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbiri giriş sözü ilə Kollecin direktoru Leyla İbrahimova açaraq Təhsil  Tələbə  Kredit  Fondunun  təhsilə əlçatanlığın təmin edilməsi və təhsildə bərabər imkanların yaradılması kimi mühüm missiyalara xidmət etməsindən bəhs etdi.
     Tədbirdə  çıxış  edənlər təhsil məsələləri ilə iş şöbəsinin böyük mütəxəssisi İlkanə Həmidli,  təhsil məsələləri ilə iş şöbəsinin mütəxəssisi  Leyla Rəhimli təhsil krediti,  onun kateqoriyalarından, üstünlüklərindən, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etməkdən,  təhsil  almaqda  bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək  istiqamətində fondun fəaliyyətindən məlumat verərək  tələbələri maraqlandıran sualları cavablandırdılar.


 
				 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	