Kollecdə “Təhsil Krediti” mövzusunda maarifləndirici tədbir keçirildi.
13 may 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu tərəfindən “Təhsil Krediti” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbiri giriş sözü ilə Kollecin direktoru Leyla İbrahimova açaraq Təhsil Tələbə Kredit Fondunun təhsilə əlçatanlığın təmin edilməsi və təhsildə bərabər imkanların yaradılması kimi mühüm missiyalara xidmət etməsindən bəhs edərək bildirdi ki, Kollec üzrə Təhsil Tələbə Kreditinə müraciət edən və yararlanan tələbələrin sayı günbəgün artmaqdadır.
Tədbirdə çıxış edənlər təhsil tələbə krediti fondunun baş mütəxəssisi Şahin Abdullayev, təhsil tələbə krediti fondunun aparıcı mühasibi Kənan Əliyev təhsil krediti, onun kateqoriyalarından, üstünlüklərindən, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək istiqamətində fondun fəaliyyətindən məlumat verərək tələbələri maraqlandıran sualları cavablandırdılar.
Sonda “Təhsil Krediti”ni əks etdirən maarifləndirici videoçarx nümayiş olundu.