Kollecdə Təhsil Tələbə Krediti Fondu tərəfindən maarifləndirici tədbir keçirildi.

Kollecdə  Təhsil Tələbə Krediti Fondu tərəfindən maarifləndirici tədbir keçirildi.

8 oktyabr 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu tərəfindən tələbələrin, valideynlər və kollecin inzibati-müəllim heyətinin iştirakı ilə təhsil krediti mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbiri giriş sözü ilə Kollecin direktoru Leyla İbrahimova açaraq Təhsil Tələbə Kredit Fondunun təhsilə əlçatanlığın təmin edilməsi və təhsildə bərabər imkanların yaradılması kimi mühüm missiyalara xidmət etməsindən bəhs edərək bildirdi ki, Kollec üzrə 100-dən çox tələbə təhsil tələbə kreditindən faydalanıb.
Tədbirdə çıxış edən təhsil tələbə krediti fondunun baş mütəxəssisi Mirşahin Abdullayev təhsil kreditinin növlərindən, faydalarından, fondun vəsaiti hesabına verilən tələbə krediti üzrə ümumi tələblərdən, kreditin verilməsinin prosedurundan, tələbə kreditləri üzrə tətbiq edilən güzəştlərdən, kreditin qaytarılması üzrə tələblərdən, təhsil tələbə krediti ilə bağlı digər məsələlər haqqında məlumat verərək auditoriyanı maraqlandıran sualları cavablandırdı. Həmçinin Kollecin təhsil tələbə kreditindən yararlanan tələbələri çıxış edərək təcrübələrini bölüşdülər.

Добавить комментарий