Kollecdə “Təhsildən yayınma hallarının qarşısının alınması istiqamətində görülən işlər və təhsildən yayınanların cins bölgüsü” mövzusunda seminar keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Təhsildən yayınma hallarının qarşısının alınması istiqamətində görülən işlər və təhsildən yayınanların cins bölgüsü” mövzusunda seminar keçirildi. Seminarda çıxış edən “Tarix və sosial fənlər” FBK-nın müəllimi Zaidə Məlikova təhsildən yayınma hallarının səbəblərindən, təhsildən yayınanların cins bölgüsündən, gender bərabərliyi prinsiplərindən, risk qrupları və onların təhsilə cəlb olunması istiqamətində atılacaq addımlardan, mövcud statistik göstəricilər və bu sahədə həyata keçirilən profilaktik maarifləndirici tədbirlərdən bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdı.

