Kollecdə tələbələrdən ibarət “Kitab Klubun”un üzvlərinin növbəti maraqlı müzakirəsi baş tutdu.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən Həbib Həbibi, təcrübə rəhbəri və karyera üzrə mütəxəssis Zəka Mehrəliyev, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə “Kitab Klubu”nun üzvlərinin növbəti maraqlı müzakirəsi baş tutdu. Müzakirədə detektiv janrının əfsanəsi Aqata Kristinin “Şərq Ekspresində qətl” əsəri üzərində dərin və canlı fikir mübadiləsi aparıldı. Əsərin qəhrəmanları, süjetin gərginliyi və müəllifin incə psixoloji yanaşması iştirakçılar tərəfindən geniş təhlil olundu.
Qeyd olundu ki, bu təşəbbüs tələbələrdə mütaliə, ədəbiyyatlarla tanışlıq və ən əsası kitab oxumağa böyük stimul yaradır.