Kollecdə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda konfrans keçirildi.

Kollecdə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda konfrans keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollec, Yeni Azərbaycan Partiyası Lənkəran Rayon Təşkilatı, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda konfrans keçirildi. Konfransda Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbiri giriş sözü ilə açan Kollecin direktoru, təşkilat komitəsinin sədri Leyla İbrahimova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edərək bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan nəinki regionda lider dövlətdir, həmçinin böyük bir coğrafiyanı əhatə edən məkanda söz sahibi kimi böyük nüfuza malikdir. Konfransda YAP Lənkəran rayon təşkilatı aparatının təşkilati işlər üzrə məsləhətçisi Yalçın Əliyev (Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir, möhtəşəm nailiyyətlər qazanaraq tarix yazır), Lənkəran-Astara Regional Gənclər İdarəsinin rəis müavini Könül Manafova (Heydər Əliyev və Gənclər Siyasəti), Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən Həbib Həbibi (Azərbaycanda Konstitusiyanın iqtisadi əsasları: Qanunvericilik dəyişiklikləri və makroiqtisadi nəticələr 1995-2003), “Tarix və sosial fənlər” FBK-nın sədri Günel Abdullayeva (Heydər Əliyev və müstəqil Azərbaycan Konustitusiyası), Humanitar fənlər” FBK-nın sədri Ülkər Bəşirova (Konstitusiya quruculuğunda liderlik fenomeni) çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs etdilər. Bildirdilər ki, anadan olmasının 102-ci ildönümü tamam olan Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ulu Öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Müstəqil Azərbaycanın dahi şəxsiyyətləri arasında böyük tarixi missiyanı yerinə yetirmək qüdrətinə malik olan Ümummilli Liderimizin müstəsna yeri var. Xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə və müstəsna tarixi roluna görə Ulu Öndəri dünya miqyaslı siyasi nəhənglərlə müqayisə edirlər. Çünki o, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzmlə yerinə yetirmişdir. Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan demişdir: “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”.
Ulu Öndər rəhbərlik etdiyi illər ərzində respublikamızda böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna daima minnətdardır.
Sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olundu.
Konfrans iki bölmə üzrə davam etdirildi. Bölmələr üzrə ümumilikdə 30-dan artıq tezisin dinlənməsi nəzərdə tutulmuşdur.

Добавить комментарий