Kollecdə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dəyirmi masa təşkil olundu.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dəyirmi masa təşkil olundu. Dəyirmi masada çıxış edənlər “Tarix və sosial fənlər” FBK-nın sədri Günel Abdullayeva, “Tarix və sosial fənlər” FBK-nın müəllimləri – Ziya Əlinur, Payızgül Baxşızadə, Mehman Kərimov Ulu Öndərin Azərbaycan tarixində oynadığı əvəzsiz rolundan, həyat yolundan, dövlət başçısı kimi göstərdiyi qətiyyətli mövqeyindən, xalqın mənafeyinə xidmət edən siyasi fəaliyyətindən bəhs etdilər. Bildirildi ki, Heydər Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü islahatlar və qəbul olunan mühüm qərarlar müstəqil Azərbaycanın möhkəmlənməsində, dövlət idarəçiliyinin formalaşmasında, ölkənin beynəlxalq nüfuzunun artırılmasında mühüm rol oynayıb, onun şah əsəri olan müstəqil Azərbaycan dövləti və azərbaycançılıq məfkurəsi bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.
Sonda Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olundu.

