Kollecdə “Uşaq və yeniyetmələr arasında intihar hallarının, məişət zorakılığı hallarının qarşısının alınması, onların asudə vaxtlarının səmərəli təşkili” mövzusunda tədbir keçirildi.
10 dekabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Kollecin psixoloqu Zülfiyyə Əliyeva tərəfindən “Uşaq və yeniyetmələr arasında intihar hallarının, məişət zorakılığı hallarının qarşısının alınması, onların asudə vaxtlarının səmərəli təşkili” mövzusunda seminar keçirildi. Zülfiyyə Əliyeva intihar hallarından, yaranma səbəblərindən, növlərindən, intihara meyilli insanlar qrupundan, məişət zorakılığına qarşı mübarizədən, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsindən, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrdən, onların qarşısının alınması məqsədilə maarifləndirici tədbirlərin təşkilinin əhəmiyyətindən bəhs edərək tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.
Sonda “İntihar hallarının, məişət zorakılığı hallarının qarşısının alınması” mövzusunda videoçarx nümayiş olundu.