Kollecdə “Uşaqların hüquq və azadlıqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir” mövzusunda tədbir keçirildi.
18 dekabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollec və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Uşaqların hüquq və azadlıqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir” mövzusunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə Kollecin direktoru Leyla İbrahimova açaraq uşaq hüquqları və onların müdafiəsi haqqında məlumat verdi. Tədbirdə çıxış edənlər Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru vəzifəsini icra edən dos. Ramiz Şəmmədov, tarix-coğrafiya və incəsənət fakültəsinin tədris işləri üzrə dekan müavini Müşfiq Bayramov, hüquqşünas Çingiz Cavadov uşaq hüquqlarının qəbul olunmuş qanunlarından, konvensiyalardan, dövlətimiz tərəfindən uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən, uşaqların sağlam mühitdə yetişməsinin əhəmiyyətindən, milli xüsusiyyətlərin yad təsirlərə məruz qaldığı qloballaşan əsrdə uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunmasından bəhs edərək tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdılar.