Kollecdə “WUF13-ün ölkəmiz üçün sosial-iqtisadi əhəmiyyəti” mövzusunda tədbir keçirildi.

Kollecdə “WUF13-ün ölkəmiz üçün sosial-iqtisadi əhəmiyyəti” mövzusunda tədbir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “WUF13-ün ölkəmiz üçün sosial-iqtisadi əhəmiyyəti” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “İqtisadiyyat fənlər” FBK-nın müəllimi Həbib Həbibi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsindən, WUF13-ün ölkəmiz üçün sosial-iqtisadi əhəmiyyətindən, World Urban Forumun (WUF) şəhərlərin dayanıqlı inkişafı, urbanizasiya proseslərinin düzgün idarə olunması və sosial rifahın yüksəldilməsi baxımından dünyada ən nüfuzlu platformalardan biri olduğundan, bu forumun ölkələr arasında təcrübə mübadiləsi, innovativ yanaşmaların tətbiqi və şəhər idarəçiliyində müasir mexanizmlərin öyrənilməsi üçün geniş imkanlar yaratmasından, WUF13 çərçivəsində müzakirə olunan məsələlər – dayanıqlı iqtisadi artım, inklüziv şəhər mühiti, sosial bərabərlik və ekoloji tarazlığın – Azərbaycan üçün də xüsusi əhəmiyyət daşımasından bəhs etdi. Bildirdi ki, forum çərçivəsində şəhərlərin rəqəmsallaşdırılması, “ağıllı şəhər” konsepsiyalarının tətbiqi, yaşıl enerji və ekoloji davamlılıq müasir dövrdə qlobal çağırışlara cavab vermək baxımından xüsusi aktuallıq kəsb edir, bu baxımdan Azərbaycanın da beynəlxalq təcrübədən yararlanaraq innovativ idarəetmə modellərini tətbiq etməsi şəhərlərin rəqabət qabiliyyətini artırmaqla yanaşı, sosial rifahın yüksəldilməsinə xidmət edir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

Добавить комментарий