Kollecdə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Davamlı enerji mənbələri: Yaşıl Dünyanın açarıdır” mövzusunda tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Davamlı enerji mənbələri: Yaşıl Dünyanın açarıdır” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “Təbiyyat fənləri” FBK-nın müəllimləri Şəms Ağazadə, Fatimə İsmayıllı külək və günəş enerjisinin əsaslarından, bərpa olunan enerji mənbələri sahəsində investisiya layihələrinin hüquqi bazasından, iqlim dəyişikliyinin qarşısını almaq üçün təmiz və davamlı enerji mənbələrindən istifadənin zəruriliyindən bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdılar.