Kollecdə “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirildi.
7 noyabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirildi. Tədbirdə 44 günlük vətən müharibəsində canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Leyla İbrahimova 44 günlük vətən müharibəsində qazanılan möhtəşəm zəfərin dövlətçilik tariximizin ən şanlı səhifəsinə çevrilməsindən bəhs edərək, tədbir iştirakçılarını “Zəfər günü” münasibətilə təbrik etdi. Keçirilən tədbirdə “İnstrumental ifaçılıq” (fortepiano, xalq çalğı alətləri) FBK-nın müəllim və tələbələrinin birgə hazırladıqları konsert proqramı və şeir parçası iştirakçılara təqdim olundu.
Sonda Kollecdə keçirilən ictimai tədbirlərdə fəal iştirak edən tələbələr təşəkkürnamə ilə təltif edildi.