Təhsil sənədləri üzrə mütəxəssis

Təhsil sənədləri üzrə mütəxəssis

Kollecin təhsin sənədləri üzrə mütəxəssisi Muradova Maya Əlisa qızı
Muradova Maya Əlisa qızı 02 may 1986-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 1992-ci ildə Lənkəran rayon Sütəmurdov kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 2003-cü ildə həmin məktəbin on birinci sinfini bitirmişdir. 2003-2007-ci İllərdə Azərbaycan Beynəlxalq Universitetinin İngilis dili (filologiya) ixtisası üzrə təhsil alıb. 2007-2009-cu illərdə Lənkəran Tibb Kollecində ingilis dili müəllimi kimi çalışıb. 2009-cu ildən bu günədək LDU-nun nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə ingilis dili müəllimi, eyni zamanda kollecin psixoloqu, kompüter operatoru kimi fəaliyyət göstərib. 2023-cü ildə Lənkəran Dövlət Universitetinin Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis dili) ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Hazırda Kollecin təhsil sənədləri üzrə mütəxəssisi və ingilis dili müəllimidir.
Ailəlidir, bir övladı var.