Sosial şöbə
Kollecin Sosial şöbə müdiri Talışxanova Gülayə Nazim qızı Talışxanova Gülayə Nazim qızı 1982-ci ildə martın 3 də Lənkəran şəhərində anadan olmuşdur. 1988-ci ildə Lənkəran şəhər 4 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş,1998-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 1999-cu ildə Azərbaycan Xarici Dillər Universitetinin İngilis dili (Filologiya) ixtisasına qəbul olmuşdur. 2003-cü ildə Azərbaycan Xarici Dillər Universitetini bitirib. Əmək fəaliyyətinə 2004–cü ildə Lənkəran şəhər sütəmurdov kənd orta məktəbində başlayıb. 2005-ci ildə Lənkəran şəhər 10 saylı orta məktəbində İngilis dili müəllimi kimi çalışıb. 2006-cı ildən Lənkəran Dövlət Humanitar Kollecində müəllim işləyir. 2013-cü ildə Lənkəran Dövlət Humanitar Kollecində metodist təyin edilib. 2020-ci ildən Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin Sosial şöbə müdiri vəzifəsinə təyin edilmişdir. 2003-cü ildən YAP-nın üzvüdür. 21 ildir ki pedaqoji sahədə fəaliyyət göstərir və işiylə qürür duyur.