Sosial və Aqrar-Texnoloji Kollecdə YAP–ın 29–cu ildönümü keçirildi.

Sosial və Aqrar-Texnoloji Kollecdə YAP–ın 29–cu ildönümü keçirildi.

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar  LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə tədbir keçirildi. Giriş sözü və məruzə ilə Kollecin direktoru, YAP LDU nəzdində SATK ərazi ilk partiya təşkilatının sədri Ruslan Həmidov–“Uğurlu təhsil islahatlarının banisi”mövzusunda çıxış edərək bildirdi ki, 29 il bundan əvvəl soyuq noyabr günlərini xatırladıqca qəlbimizi isidəcək bir hadisəni, Yeni Azərbaycan Partiyasının təsis konfransını, xalqımızı düşdüyü çətin və böhranlı vəziyyətdən xilas etmək məqsədilə respublikamızın müxtəlif bölgələrindən Naxçıvana gələn fədakar insanları yada salmaq istəyirəm. Onların hər birinin simasında o dövrün ağrıları, qeyri-müəyyənlikdən doğan nigarançılıqla yanaşı, Heydər Əliyevə dikilmiş gözlərində bir inam və bir ümid qığılcımı vardı. O zaman hər kəs bir ideya, bir şəxsiyyət ətrafında, bir siyasi təşkilatda birləşməyin ən doğru seçim olduğuna inanaraq Azərbaycanın xilasının Heydər Əliyev yoluna qədəm qoymuşdu. Fəxrlə qeyd etmək lazımdır ki, o ümidlər tam doğrulmuş, partiyamız Azərbaycanın hərtərəfli dinamik inkişafının ideoloji sütunlarından biri kimi misilsiz fəaliyyətə imza atmışdır. O, həm də sürətlə dəyişməkdə olan cəmiyyətlə həmahəng yenilənmiş, müasir tələblərə və standartlara uyğun gəlməyən fəaliyyət formalarından zamanında qətiyyətlə imtina etmişdir. Özünütənqid metodlarından çəkinməmiş, ictimai rəyin öyrənilməsi və nəzərə alınması işini fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul etmişdir. Odur ki, ətrafına yüz minlərlə siyasi həmfikir toplamağa nail olmuş və ümumxalq partiyasına çevrilmişdir. Zənnimcə, təkcə bu fakt ölkənin siyasi tarixində Yeni Azərbaycan Partiyasının yerini və rolunu dəyərləndirmək üçün bizə imkan verir.

Sonra Lənkəran şəhər icra hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mikayıl Cəfərzadə “Heydər Əliyev müasir azərbaycanın qurucusudur” mövzusunda ətraflı məlumat verərək qeyd etdi ki, Hörmətli siyasi həmfikirlər, yaxın tarix sübut edir ki, Yeni Azərbaycan Partiyası hər zaman cəmiyyətin inkişafına əngəl ola biləcək problemlərin aradan qaldırılması üçün ciddi siyasi qərarların qəbulu prosesində də ön mövqedədir. Təsadüfi deyil ki, ötən il növbədənkənar parlament seçkilərinin keçirilməsinin təşəbbüskarı da məhz Yeni Azərbaycan Partiyası olmuşdur. Zaman göstərdi ki, bu, ölkədə genişmiqyaslı islahatların həyata keçirildiyi həmin dövr üçün verilmiş ən düzgün və müdrik qərar idi. Bütün bunlar deməyə əsas verir ki, bu gün hamılıqla qəbul edəcəyimiz vacib qərarlar, partiyamızın Sədri cənab İlham Əliyevin müasir çağırışlara və tələblərə islahatlar vasitəsilə cavab siyasətinə sanballı töhfə olacaqdır. Bu, həm də antimilli ünsürlərə əsl cavabdır.

Daha sonra məruzə üçün Kollecin şöbə müdiri, Kollec YAP İdarə Heyətinin üzvü Dəyanət Əskərova söz verildi. “Qələbələrimizin təməlində Heydər Əliyev ideyaları dayanır” adlı məruzə ilə çıxış edən natiq vurğuladı ki,  Təsadüfi deyildir ki, ölkə rəhbərliyinin qəbul etdiyi taleyüklü qərarların həyata keçirilməsində mütəşəkkillik nümayiş etdirərək 44 günlük Vətən müharibəsi zamanı digər siyasi partiyaların və hərəkatların da ümummilli maraqlar ətrafında cəmləşməsi, xüsusilə ictimai-siyasi fəal qadınların bu həmrəyliyə nəzərəçarpacaq dərəcədə töhfə verməsi tarixi Zəfərdən sonrakı dövrdə də azərbaycançılıq və həmrəylik prinsipləri ətrafında milli birliyin möhkəmlənməsi üçün vacib rol oynamaqdadır. Hazırda ölkədə yaranmış yeni siyasi konfiqurasiya çərçivəsində dünya azərbaycanlılarının şəriksiz lideri möhtərəm Prezidentimiz İlham Əliyevin başlatdığı dərin islahatlar siyasəti, əldə edilmiş tarixi Zəfər dünya ictimaiyyətinin diqqət mərkəzindədir.

Gənclər adından çıxış üçün söz Kollecin IV kurs tələbəsi, YAP üzvü, TGT sədri Elnarə Miriyevaya verildi. O “Heydər Əliyev və gənclər siytasəti” ilə bağlı çıxışnda sıralarında gənclərə geniş imkanlar yaradılması baxımından apardığı siyasət gənc nəsil üçün cəlbedici olmaqla yanaşı, təbliğ etdiyi prinsiplərin xalq tərəfindən tam dəstəkləndiyini sübut edir. Qeyd etmək lazımdır ki, son iki onillikdə, xüsusilə Prezident İlham Əliyevin 17 illik liderliyi ilə bütün parametrlər üzrə dinamik inkişafın əsas göstəricilərindən biri qadın amilinin cəmiyyət və dövlət həyatında əhəmiyyətinin artması olmuşdur. Bu illər ərzində ölkədə gender bərabərliyi mədəniyyətinin təbliği, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması sahəsində ciddi irəliləyişlər əldə edilmişdir. Öz potensialını reallaşdırmaq sahəsində mövcud tarixi təcrübə ilə yanaşı, dövlət səviyyəsində yaradılan şərait fəal vətəndaş mövqeyini ifadə etmək yolunda qadınların imkanlarını böyük dərəcədə artırmışdır. Yeni Azərbaycan Partiyasının sədr müavini, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın timsalında Şərqin mədəni dəyərləri ilə Qərbin mütərəqqi yeniliklərinin uğurlu vəhdətini özündə birləşdirən, təkcə hüquq və imkanları deyil, həm də məsuliyyət və cavabdehliyi bərabər bölüşməyə hazır olan müasir Azərbaycan qadınının obrazı formalaşmışdır. Xalqa və dövlətə xidmət naminə öz taleyini ölkədə fəaliyyət göstərən siyasi partiyalara bağlayan qadınların və qızların ölkəmizin ictimai-siyasi həyatında iştirakçılıq və təmsilçilik faizi getdikcə yüksəlməkdədir.

 

                                                                                            Cəmil Quliyev

                                                          Kollecin müəllimi, tarix üzrə fəlsəfə doktoru

Bir cavab yazın