Tədris şöbə müdiri
Tədris şöbə müdiri – Əyyubova İlahə Hüseyn qızı
02 oktyabr 1974-cü ildə Göyçay rayonunda anadan olmuşdur. 1991-ci ildə Göyçay rayon 9 saylı tam orta məktəbini bitirmişdir. 1999-cu ildə Lənkəran Dövlət Universitetinin Bakalavriat səviyyəsini, 2001-ci ildə isə Magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildə Lənkəran Dövlət Universitetində Ümumi şöbədə inspektor, 2003-cü ildən şöbə müdiri vəzifəsində çalışmışdır. 2005-ci ildən Lənkəran Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasında müəllim işləmişdir. 2016-cı ildən Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji Kollecində Tədris şöbə müdiri, eyni zamanda “Pedaqogika, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı” FBK-da 0,5 ştat müəllim vəzifəsində çalışır. 2016-cı ildə Yeni Azərbaycan Partiyasının üzvləri sırasına daxil olmuşdur.
Ailəlidir, iki övladı var.
E-mail: iayyubova@mail.ru