Tarix və ictimai elmlər

Tarix və ictimai elmlər

Tarix və ictimai elmlər  FBK-nın sədri Abdullayeva Günel Vaqif qızı.                                   Abdullayeva Günel Vaqif qızı 20 may 1980- ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1986-1997- ci  illərdə orta təhsil almış, 1997-ci ildə  Lənkəran Dövlət Universitetin  “ Tarix və ictimai elmlər”  ixtisasına qəbul olmuş, 2001-ci ildə fərqlənmə diplomu ilə təhsilini başa vurmuşdur. Həmin il LDU-nun  “Tarix “ ixtisası üzrə magistraturasına daxil olmuş, 2003 – cü ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2001 – ci ildən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji kollecində Tarix  müəllimidir.

Günel Abdullayeva 2016- ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.

 

 

 

 

 

 

 

Tarix və ictimai elmlər  FBK-nın müəllimi  Əhmədzadə Mələk Rahim qızı.                                         Əhmədzadə Mələk Rahim qızı 25 Aprel 2000-ci ildə Lənkəran şəhərində anadan olub.Orta təhsilini  2006-2017-ci illərdə Lənkəran şəhəri 10 saylı tam orta məktəbdə alıb. 2017-ci ildə Lənkəran Dövlət Universitetinin, Tarix-coğrafiya və İncəsənət fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə Ali məktəbə daxil olub. 2022-ci ildə Ali təhsilini başa vurub. Hal -hazırda Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin müəllimidir.

Tarix və ictimai elmlər  FBK-nın müəllimi Bağırova Sevinc Elçin qızı.                                              Sevinc Elçin qızı Bağırova 20 iyun 1998-ci ildə Hacıqabul rayonu Qubalı kəndində anadan olmuşdur.2005-2016-cı illərdə orta təhsil almış, 2017-ci ildə Lənkəran Dövlət Universitetinin “Muzeyşünaslıq arxiv işi və abidələrin qorunması” ixtisasına qəbul olmuş, 2021-ci ildə isə təhsilini başa vurmuşdur.2022-ci ildən isə Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecində Muzey müəllimidir