Tarix və sosial fənnlər
Kollecin “Tarix və sosial fənlər” FBK-nın sədri Abdullayeva Günel Vaqif qızı
Abdullayeva Günel Vaqif qızı 20 may 1980- ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1986-1997- ci illərdə orta təhsil almış, 1997-ci ildə Lənkəran Dövlət Universitetin “Tarix və ictimai elmlər” ixtisasına qəbul olmuş, 2001-ci ildə fərqlənmə diplomu ilə təhsilini başa vurmuşdur. Həmin il Lənkəran Dövlət Universitetinin “Tarix“ ixtisası üzrə magistraturasına daxil olmuş, 2003 – cü ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2001– ci ildən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecində Tarix müəllimidir. “Tarix və sosial fənlər” FBK-nın sədridir. 2016- ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.
Kollecin “Tarix və sosial fənlər” FBK-nın müəllimi Salayeva Günəş Mübariz qızı
Salayeva Günəş Mübariz qızı 16 aprel 2001-ci ildə Lerik rayonunda anadan olmuşdur. 2007-ci ildə Lənkəran şəhər Şiləvar kənd orta məktəbinə daxil olmuş, 2008-ci ildən isə təhsilimi Lənkəran şəhər 5 saylı tam orta məktəbdə davam etdirmişdir. 2019-2023-cü illərdə Lənkəran Dövlət Universitetinin Tarix müəllimliyi ixtisasında ali təhsil almışdır. 2023-cü ilin sentyabr ayından Lənkəran Dövlət Universitetini nəzdində Sosial və Aqrar-Texnoloji Kollecində tarix müəllimi kimi çalışır.
Kollecin “Tarix və sosial fənlər” FBK-nın müəllimi Məlikova Zaidə İsaq qızı.
Məlikova Zaidə İsaq qızı 1992-ci ildə Lənkəran rayonunun Daşdaleqjar kəndindən anadan olub. 2010-cu ildə M.Fərzullayev adına Mamusta kənd orta məktəbi bitirib. 2011-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və İnformasiya fakültəsinə daxil olub, 2015-ci ildə bitirib. Elə həmin ildən Azərsu Təşkilatında Kimyaçı vəzifəsində işə başlayıb və öz istəyiylə 2016-cı ildə işdən ayrılıb. 2016-cı ildən bu günə kimi Lənkaran Dövlət Universitetinin nəznində Sosial və Aqrar-Texnoloji Kollecdə müəllim kimi fəaliyyət göstərib.