YAP Lənkəran şəhər təşkilatının XI hesabat konfransında Kollecin direktoru Ruslan Həmidov hesabat məruzəsi ilə çıxış etdi
14 Avqust 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatının videoformatda XI hesabat konfransı keçirildi. Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Lənkəran şəhər təşkilatının sədri Möhübbət Babayev hesabat məruzəsi ilə çıxış edib. O, bildirib ki, YAP bu gün sürətlə inkişaf edən, xalqımızın bütün təbəqələrini özündə birləşdirən, möhkəm sosial bazası olan qüdrətli siyasi qüvvəyə çevrilib. Yarandığı gündən ümummilli lider Heydər Əliyevin siyasi rəhbərliyi ilə müstəqilliyimizin möhkəmlənməsi, dövlətçiliyimizin inkişafı və xalqımızın tərəqqisi yolunda misilsiz xidmətlər göstərmiş Yeni Azərbaycan Partiyası cənab Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizin ictimai-siyasi həyatında ən qabaqcıl mövqe tutur. Qeyd olunub ki, YAP Lənkəran şəhər təşkilatının 142 ərazi ilk partiya təşkilatında 11602 partiya üzvü təmsil olunur. Onların 43 faizini qadınlar, 20 faizini gənclər təşkil edir.
Müzakirələr zamanı Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, şəhər təşkilatının İdarə Heyətinin üzvü, Lənkəran Dövlət Universiteti ərazi ilk partiya təşkilatının sədri, şəhid atası Kamran Kazımov, şəhər təşkilatının İdarə Heyətinin üzvü, Lənkəran şəhər Təhsil şöbəsi ərazi ilk partiya təşkilatının sədri Güloğlan Bağırov, YAP Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar–Texnoloji Kollec ərazi ilk partiya təşkilatının sədri Ruslan Həmidov çıxış edərək hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, bu gün Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycanı qalib ölkəyə çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yeni reallıqların qarşıdakı illər üçün müəyyənləşdirdiyi hədəflərə yüksək səviyyədə nail olmaq potensialına, gücünə malikdir. YAP-ın 29 ildə əldə etdiyi uğurlardan bəhs edən Ə. Tağıyev vurğulayıb ki, hər bir siyasi təşkilat mütəmadi olaraq yenilənməli, ideoloji prinsiplərini yeni dövrün tələblərinə uyğunlaşdırmalı, funksional və struktur islahatları baxımından dövrün çağırışlarına cavab verməlidir. XI hesabat konfransının keçirilməsi münasibətilə YAP Lənkəran şəhər təşkilatının üzvlərini təbrik edən Ə.Tağıyev təşkilatın gələcək fəaliyyətinə uğurlar arzulayıb. Konfransda YAP Lənkəran şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib. YAP mərkəzi aparatından XI hesabat konfransına LDU nəzdində Sosail və Aqrar–Texnoloji Kollec ərazi ilk partiya təşkilatından Ruslan Həmidov, Cəmil Quliyev, Səidə Məmmədova, Leyla İbrahimova, Ülviyyə Rzayeva, Gülayə Talışxanova, Dəyanət Əsgərov və Farid Salayev üzv seçilmişlər.
Cəmil Quliyev