1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

30 mart 2018-ci il tarixində Lənkəran  Dövlət  Humanitar  Kollecində 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir iştirakçıları ilk öncə 31 mart- Azərbaycanlıların Soyqırımında, Xocalı soyqrımında və vətən uğrunda şəhid olan həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükütla yad etdilər. Tədbiri giriş nitqi ilə kollecin direktoru dosent Ruslan Həmidov açaraq  bildirdi ki, ermənilərin Qafqazda törətdikləri qırğınlar və soyqırımı aktları bir fakta əsaslanır. Onlar nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və oborigen xalq olduqlarını təsdiqləməyə çalışırdılar. Bu mənfur niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli soyqırım aktı ermənilərin Qafqazda məskunlaşması üçün bir açar oldu. Onlar bu vəhşi əməlləri ilə bir növ bu bölgədə yaşamaq və Azərbaycan türklərinin tarixi vətəni olan indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini reallaşdırdılar. Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildi. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açıldı, təhrif edilən  hadisələr əsil qiymətini aldı. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırım günü elan edildi. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi mərhumiyyətlərə rəhbəri Heydər Əliyev olan dövlətin verdiyi əsil tarixi qiymət idi. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı imzaladıgı 18 yanvar 2018-ci il tarixli Sərəncam isə bu siyasətin ən bariz nümunəsidir.  Sonra “Pedaqogika və psixologiya” fənn birləşmə komissiyasının müəllimi Nahidə Cəfərova məruzəsi dinlənildi. Məruzəçi 1918-ci ilin 30 mart və 3 aprel tarixlərində erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlının qətlə yetirilməsindən və on minlərlə insanın itkin düşməsindən ətraflı danışdı və sonda bildirdi ki,  Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə böhtanlar atan, siyasi və hərbi təcavüz həyata keçirən ermənilərin bu vəhşiliklərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində bir sıra tədbirlər görülür. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən kampaniya dünyanın bir çox şəhərlərini əhatə etməklə Azərbaycanın xaricdəki 50-yə yaxın diplomatik nümayəndəliyini və diaspor təşkilatlarını da bu prosesə cəlb edib. Fondun hazırladığı və nəşr etdirdiyi kitab və bukletlər, azərbaycanlıların soyqırımını əks etdirən fotoşəkillər mötəbər təşkilatlarda düzənlənən mərasimlərdə bir daha xarici ölkə vətəndaşlarının diqqətini Azərbaycan xalqının faciəsinə, ermənilərin isə vandalizminə yönəltdi. Mart soyqrımı haqqında növbəti çıxışı  III kurs tələbəsi Ləman Quluzadə etdi. Tədbirin sonunda 31 mart soyqırımı ilə bağlı sənədli film nümayiş olundu.

       

Bir cavab yazın