Qeydiyyat.Qiymətləndirmə.Monitorinq

Kollecin Qeydiyyat,Qiymətləndirmə və Monitorinq rəhbəri Əşrəfbəyli Sənubər Vüqar qızı.
Əşrəfbəyli Sənubər Vüqar qızı 26 oktyabr 1992-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1999-cu ildə Bakı şəhəri Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2010-cu ildə Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli tam orta məktəbi bitirmişdir.
2011-ci ildə Lənkəran Dövlət Humanitar Kollecin “Mühasibat uçotu” ixtisasına qəbul olmuş, 2014-cü ildə kolleci bitirmşdir. Elə həmin il Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat” ixtisasına qəbul olub, 2019-cu ildə universiteti bitirib.
2014-cü ildən Lənkəran Dövlət Hümanitar Kollecində 2 il mühasib olaraq çalışıb.
2016-cı ildən Lənkəran Dövlət Universiteti Nəznində Sosial və Aqrar-Texnoloji Kollecin Tyutoru kimi fəaliyyət göstərib.
01.03.2024-cü il tarixindən “Qeydiyyat,Qiymətləndirmə və Monitorinq” üzrə rəhbər vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.