Riyaziyyat və texnologiya

Riyaziyyat  və texnologiya

Riyaziyyat,informatika və texnologiya FBK-nın sədri və Metodkabinet rəhbəri  Səmədova Mirvari Maşallah qızı. 

Səmədova Mirvari Maşallah qızı 1970-ci il ci il fevralın 14-də Lənkəran şəhərində anadan olub.1978-ci ildə Lənkəran şəhər 3 saylı orta məktəbinə daxil olub,1988-ci ildə həmin məktəbi bitirib.1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakultəsində təhsilini davam etdirib.1994-cü ildə təhsilini ,,riyaziyyatçı,riyaziyyat müəllimi”  ixtisası üzrə başa vurub.1995-ci ildə Lənkəran 9 saylı orta məktəbdə riyaziyyat müəllimi kimi işə başlayıb. 1998-ci ildə Lənkəran Dövlət Hümanitar Kollecində riyaziyyat müəllimi işləyir.2005-ci ildə Lənkəran Dövlət Hümanitar Kollecində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.2008-ci ildə  təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyib.Hal- hazırda Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji kollecdə müəllim kimi çalışır.2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi ,,gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətinə”,2008-ci ildə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı ,,ictimai-siyasi həyatında fəal iştirakına”,2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi ,,Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı ilə təltiflərlə layiq görülüb.1995-ci ildən ailəlidir.Bir övladı var.

2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Kollecin Riyaziyyat,informatika və texnologiya FBK-nın müəllimi Əsədova Günel Talıb qızı.               Əsədova Günel Talıb qızı 8 iyun 1990- ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1996 ci ildə Lənkəran şəhər 6 saylı orta məktəbin 1-ci sinifinə daxil olub, 2007 ci ildə həmin məktəbi bitirib.  2008 ci ildə Lənkəran Dövlət Universitetinin Riyaziyyat-İnformatika ixtisasına daxil olub, 2012 ci ildə həmin unversiteti bitirib. 2013- ci ildən LDU nəzdində Sosiai və Aqrar-Texnoloji  Kollecində ixtisası üzrə müəllim işləyir. Ailəlidir. İki  övladı var.

Kollecin Riyaziyyat,informatika və texnologiya FBK-nın müəllimi  Məlikova Nazlı Qiyas qızı.                   Məlikova Nazlı Qiyas qızı 1963 cü ildə Lənkəran şəhərində anadan olmuşdur.1970 -1980 çi illərdə orta təhsil almış 1981 ci ildə Azərbaycan Dövlət pedaqoji institutunun fizika fakültəsinə daxil olmuş 1986 çi ildə bitirmişdir.1986 çi ildə Lənkəran rayon Hirkan qəsəbə orta məktəbində 1990-cı  ildən Lənkəran şəhər 7 saylı orta məktəbdə fizika müəllimi işləmişdir.2002 ci ildən  LDU nəzdində Sosial və Aqrar  texnoloyi kollecdə fizika müəllimi işləyir.
Ailəlidir.1 övladi var.

Kollecin Riyaziyyat,informatika və texnologiya FBK-nın müəllimi Axundzadə Aygün Məmmədbağır qızı.                                                                                                                                             Axundzadə   Aygün Məmmədbağır  qızı  12 oktyabr 1985-ci il Lənkəran şəhərində  ziyalı ailəsində  anadan olmuşdur.1991-ci ildə  lənkəran şəhər 2 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2002-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Həmin  ildə Bakı Dövlət Universitetinin “Tətbiqi Riyaziyyat”  fakultəsinə daxil olmuş, 2007-ci ildə  bitirmişdir. 2019-cu ilin sentyabr ayının 15-dən  Lənkəran Dövlət Hümanitar Kollecində Sayt mütəxəssisi vəzifəsində çalışmışdır. 2020-ci ilin fevral ayından  bu günə  kimi LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “İKT üzrə mühəndis” vəzifəsində çalışır.2021-ci ilin sentyabr ayından LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə İnformatika müəllimi kimi də fəaliyyət göstərir.

2019 -cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Əlaqə: aeg.axundzada1985@gmail.com

Ailəlidir,bir övladı var.

Kollecin Riyaziyyat,informatika və texnologiya FBK-nın müəllimi Bayramzadə Nəsibə Zakir qızı.

 

 

 

 

 

 

 

Bayramzadə Nəsibə Zakir qızı 1997- ci ildə Biləsuvar rayonunda anadan olub. 2015- ci ildə Biləsuvar rayonunda Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbi bitirib. 2015- ci ildə Bakı Dövlət Universitetin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin İnformatika müəllimliyinə qəbul olub. 2019-cu ildə Universteti yüksək qiymətlərlə bitirib.
2019-cu ilin sentyabr ayından etibarən Ədliyyə Nazirliyinin nəzdində Sosial Adaptasiyanın İnkişafına Yardım İctimai Birliyinin SAY Tədris Mərkəzin-də Menecer vəzifəsində , sonraki illər isə İnformatika-Riyaziyyat müəlliməsi olaraq çalişıb. 2021- ci ildə Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Biznesin təşkili və idarəolunması ixtisasında magistr təhsilinə qəbul olub.2022-ci ilin iyul ayının 5-ində öz razılığıyla yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq işdən çıxıb.
2022-ci ilin sentyabr ayının 16-sindan etibarən Lənkəran dövlət Universitetinin nəzdində Sosial və Aqrar- Texnoloji kollecin “Riyaziyyat , İnformatika və texnologiya” FBK-sında İnformatika müəllimisi olaraq işə qəbul olub.
Ailəlidir.