“Yaz həyəti” layihəsi davam edir
Respublikamızın digər təhsil müəssisələrində olduğu kimi Lənkəran Dövlət Humanitar Kollecində də “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri yerinə yetirmək və tələbələrin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə cari tədris ilində bir sıra tədbirlər keçirilmiş və bu tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bu qəbildən olan tədbirlər sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti, ətraf mühit üzrə beynəlxalq IDEA kampaniyasının təşəbbüsçüsü Leyla xanım Əliyevanın irəli sürdüyü proqram xarakterli tezisləri istiqamətində mühüm addımların atılması nəzərdə tutulmuşdur. Həmin işlərin məqsədyönlü və səmərəli qurulması üçün Təhsil Nazirliyi və beynəlxalq IDEA ictimai birliyinin Bakı ofisinin birgə təşkilatçılığı ilə “Yaz həyəti” adlı layihəsinin təşkilinə qərar verilmişdir. “Yaz həyəti” layihəsi çərçivəsində Lənkəran Dövlət Pedaqoji Kollecinin kollektivinin və tələbələrin iştirakı ilə tədris korpuslarının həyətyanı sahələrinin təmizlənməsi, səliqəli yaşıllığın salınması, ağacların gövdələrinin əhənglənməsi işinə 26.04.2016-cı il tarixində start verilmişdir. Bu gün (28.04.2016) isə kollecin 3 saylı tədris binasının (Musiqi şöbəsinin) həyətyanı sahəsinin təmizlənməsi, ağacların budanması və gövdələrinin əhənglənməsi, Təhsil Nazirliyindən göndərilmiş 70 (ədəd) ağac tinqlərinin əkilməsi həyata keçirilməklə layihə davam etdirilmişdir.