Kollecdə 2024/2025-ci tədris ilinə start verildi.
16 sentyabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitenin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 2024/2025-ci tədris ilinə start verildi. Kollecin direktoru Leyla İbrahimova tələbələri salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə uğurlar arzuladı.
Məlumat üçün bildirək ki, bu il Kollecə Ümumi Orta Təhsil (9 illik) bazasından 10 ixtisas üzrə 217 tələbə, Tam Orta Təhsil (11 illik) bazasından 14 ixtisas üzrə 211 tələbə qəbul olunmuşdur.
Hər bir tələbəmizə uğurlar arzulayırıq.