Kollecdə “COP29”-a həsr olunmuş açıq dərs keçirildi.

Kollecdə   “COP29”-a həsr olunmuş açıq dərs  keçirildi.

16 sentyabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Aqrar və ekoloji fənlər” FBK-nın sədri Nərgiz Əkbərova tərəfindən “COP29”-a həsr olunmuş açıq dərs keçirildi. Tədbirdə çıxış edən Nərgiz Əkbərova İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının mahiyyətindən, qlobal iqlim dəyişmələrinin ekoloji nəticələrindən, insanın təsərrüfat fəaliyyətinin iqlimin dəyişməsinə təsirindən, ehtimal olunan iqlim dəyişmələrinin mümkün ssenariləri barədə tələbələrə geniş məlumat verərək bildirdi ki, Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək, dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi Azərbaycanın dünya siyasi arenasında növbəti qələbəsidir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

Добавить комментарий