Kollecdə “COP29” mövzusunda dəyirmi masa keçirildi.
16 sentyabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Aqrar və ekoloji fənlər” FBK-nın müəllimi Asya Quluzadə tərəfindən “COP29” mövzusunda dəyirmi masa keçirildi. Asya Quluzadə çıxış edərək COP29-un Azərbaycanda keçirilməsindən, ölkəmizin Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibi kimi seçilməsindən, qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan bir dövlət kimi özünü tanıtmasından, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən iqlim dəyişikliklərindən, hava şəraitinin kəskin dəyişməsi və təbii fəlakətlərin daha da artması ilə müşahidə olunan qlobal probemlərdən və bu istiqamətdə dünya dövlətlərinin qarşısında duran vəzifələrdən bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdı.