Kollecdə Muhəmməd Əlizadənin “Şərabçılıq” mövzusunda açıq dərsi keçirildi.
25 sentyabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Aqrar və ekoloji fənlər” FBK-nın müəllimi Muhəmməd Əlizadənin “Şərabçılıq” mövzusunda açıq dərsi keçirildi. Muhəmməd Əlizadə çıxış edərək Azərbaycanda şərab və şərabçılıq məhsullarına tələbatın ortamüddətli perspektivdə yerli ehtiyac və ixracat imkanları nəzərə alınmaqla ödənilməsindən, şərab istehsalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsindən, müasir texnologiyalar əsasında qurulmasından, xammal təminatının yaxşılaşdırılmasından, şərabçılıq məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün tədbirlərin həyata keçirilməsindən bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdı.